QR CodeQR Code

İslam dünyası Məhəmməd peyğəmbərin (s) mövludu və Vəhdət həftəsini qeyd edir

19 Oct 2021 12:22

İslamTimes: Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 12 və 17-ci günlərinin təsadüf etdiyi həftəyə vəhdət və birlik həftəsi deyilir.


SalamNews xəbər verir ki, bu gündən etibarən Vəhdət həftəsi başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir.

Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: Bir versiyaya görə o həzrətin doğum günü rəbiul-əvvəl ayının 12-ə, digər versiyaya görə isə 17-ə təsadüf edir. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət,  birliyi naminə 1981-ci ildən etibarən böyük alimlərin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Qurani-Kərimdə buyurulur ki, Allah-Taala İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur:

“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”

Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur:

"Hamılıqla Allahın ipinə  möhkəm sarılın və ayrılmayın!"


Story Code: 959468

News Link :
https://www.islamtimes.org/az/news/959468/islam-dünyası-məhəmməd-peyğəmbərin-s-mövludu-və-vəhdət-həftəsini-qeyd-edir

Islam Times
  https://www.islamtimes.org