0
Tuesday 19 October 2021 - 14:00

Cozef Borrel: İranın nüvə anlaşması ilə bağlı həssas dönəmdəyik

Story Code : 959490
Cozef Borrel: İranın nüvə anlaşması ilə bağlı həssas dönəmdəyik
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel deyib: "İranla nüvə razılaşması məsələsində həssas bir nöqtədəyik. Artıq Vyana danışıqlarına qayıtmağın zəruriliyi ilə bağlı bütün tərəflər həmfikirdir."

Qeyd edək ki, ötən gün də Cozef Borrel İranla danışıqlar barədə danışıb və bildirib ki, nüvə danışıqlarına qayıtmaq vaxtı getdikcə daralır. O həmçinin İran tərəfini vaxt itirməməyə və nüvə danışıqlarına qayıtmağa çağırıb.

Cozef Borrel daha sonra deyib: "İranla diplomatiya yolu uğursuz olarsa, başqa variantımız yoxdur! Ümumiyyətlə diplomatiyadan başqa variant barədə düşünmək belə istəmirəm, çünki ağlıma bundan daha yaxşı bir variant gəlmir".