0
Tuesday 19 October 2021 - 16:43

Pentaqon rəhbəri Rusiyaya qarşı məsləhətləşmələr üçün Ukraynaya getdi

Story Code : 959521
Pentaqon rəhbəri Rusiyaya qarşı məsləhətləşmələr üçün Ukraynaya getdi
Bir neçə gün öncə Tiflisə səfər edərək Gürcüstanın baş naziri və müdafiə naziri ilə görüşən ABŞ müdafiə naziri Lloyd Austin bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Co Bayden hakimiyyətinin müdafiə naziri olan Lloyd Austin Twitter səhifəsində açıq aşkar bildirib ki, Ukraynaya səfərinin məqsədi Rusiyaya qarşı məsləhətləşmələr aparmaqdır.

Pentaqon rəhbəri Twitter-də yazıb: "Kiyevə gəldim. Bura gəlmişəm bildirim ki, ABŞ Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə daim dəstək verəcək. Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün bu ölkənin potensialını artırmağa davam edəcəyik."