QR CodeQR Code

Pentaqon rəhbəri Rusiyaya qarşı məsləhətləşmələr üçün Ukraynaya getdi

إسلام تايمز , 19 Oct 2021 16:43

İslamTimes: Rusiya və Amerika rəsmiləri bu yaxınlarda Moskva və Vaşinqtonda bir araya gəldiyi bir halda, ABŞ müdafiə naziri Rusiyaya qarşı məsləhətləşmələr aparmaq üçün Ukraynaya yollanıb.


Bir neçə gün öncə Tiflisə səfər edərək Gürcüstanın baş naziri və müdafiə naziri ilə görüşən ABŞ müdafiə naziri Lloyd Austin bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Co Bayden hakimiyyətinin müdafiə naziri olan Lloyd Austin Twitter səhifəsində açıq aşkar bildirib ki, Ukraynaya səfərinin məqsədi Rusiyaya qarşı məsləhətləşmələr aparmaqdır.

Pentaqon rəhbəri Twitter-də yazıb: "Kiyevə gəldim. Bura gəlmişəm bildirim ki, ABŞ Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə daim dəstək verəcək. Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün bu ölkənin potensialını artırmağa davam edəcəyik."


Story Code: 959521

News Link :
https://www.islamtimes.org/az/news/959521/pentaqon-rəhbəri-rusiyaya-qarşı-məsləhətləşmələr-üçün-ukraynaya-getdi

Islam Times
  https://www.islamtimes.org