0
Tuesday 19 October 2021 - 19:00

Qrossi: İranın xarici işlər naziri ilə görüşmək istəyirəm

Story Code : 959536
Qrossi: İranın xarici işlər naziri ilə görüşmək istəyirəm
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Financial Times-la müsahibə zamanı bildirib ki, o təcili olaraq İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyanla görüşərək, BAEA-nın İrandakı nəzarət proqramını gücləndirmək proqramı barədə müzakirə aparmalıdır.

Qrossi deyib: "Mən hələ İranın (yeni) xarici işlər naziri ilə danışa bilməmişəm. Siyasi fəzada əlaqə qurulmalıdır. Bu zəruridir. Bu əlaqə olmadan bir-birimizi başa düşə bilmərik."

BAEA müxtəlif hesabatlarda açıq şəkildə İranın nüvə fəaliyyətinin sülhməramlı olduğunu etiraf etsə də, Qrossi son müsahibəsində deyib: "İranın uran ehtiyatının miqdarını nəzərə alsaq, deyə bilərik ki, bu ölkənin nüvə silahı hazırlamaqla cəmi bir neçə ay fasiləsi var. Amma rəsmi Tehranın nüvə silahı ardınca olmasını düşünmürəm..."