QR CodeQR Code

Hacı İlqar İbrahimoğlu "şərlənmədən" öncə xalqa müraciət etdi

إسلام تايمز , 20 Oct 2021 00:09

İslamTimes: İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılmadan öncə xalqa müraciət etdi


DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılmadan öncə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə xalqa müraciət etməyə fürsət tapıb.

Tanınmış hüquq müdafiəçisi, ilahiyyatçı-filosof olan İlqar bəy evinə basqın edildiyini xəbər aldıqdan sonra, Facebook sosial şəbəkəsində canlı yayım açaraq, heç bir qanun pozuntusuna yol vermədiyini bildirərək, vəkillərdən elə indidən onu müdafiə etmələrini xahiş edib.

Təəssüf ki, ölkəmizdə siyasi şəxsiyyətlər, müxaliflət üzvləri, din xadimləri əksər hallarda gözlənilməyən bir məqamda hüquq mühafizə orqanları tərəfindən "oğurlandığından" günahsız olduqlarını dilə gətirməyə belə fürsət tapmırlar.


Story Code: 959571

News Link :
https://www.islamtimes.org/az/news/959571/hacı-ilqar-ibrahimoğlu-şərlənmədən-öncə-xalqa-müraciət-etdi

Islam Times
  https://www.islamtimes.org