QR CodeQR Code

"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək

20 Oct 2021 01:08

İslamTimes: Taliban hərəkatının rəsmilərindən ibarət nümayəndə heyəti Əfqanıstanla bağlı Moskva formatında keçiriləcək görüşdə iştirakçı ölkələrdən iqtisadi və siyasi dəstək istəmək niyyətindədir.


Modern.az xəbər verir ki, bu barədə TASS-a "Taliban" hərəkatının nümayəndəsi, məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının əlavə dəstəyə ehtiyacı var.

Mücahid Əfqanıstanın bölgənin təhlükəsizliyi və sabitliyində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi Moskva formatına bölgənin 10 ölkəsindən nümayəndələrin qatılacağını gözləyir. Moskva formatı 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistan xüsusi nümayəndələri tərəflərindən məsləhətləşmə mexanizmi əsasında yaradılıb.


Story Code: 959573

News Link :
https://www.islamtimes.org/az/news/959573/taliban-moskvada-iqtisadi-və-siyasi-dəstək-istəyəcək

Islam Times
  https://www.islamtimes.org