QR CodeQR Code

KXDR ballistik raket buraxdığını təsdiqlədi

20 Oct 2021 10:23

İslamTimes: Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 19-da yeni sualtı ballistik raketi uğurla sınaqdan keçirdiyini təsdiqləyib.


Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

"Yeni sualtı qayığın ballistik raketi ölkəmizin müdafiə texnologiyalarının inkişafına, donanmanın sualtı döyüş qabiliyyətinə böyük töhfə verəcək", - açıqlamada deyilir. Agentliyin məlumatına görə, ölkənin lideri Kim Çen In raket sınaqlarında iştirak etməyib.

Daha əvvəl Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi KXDR-in çərşənbə axşamı səhər saatlarında ölkənin şimal-şərqindəki sahil bölgəsindən ballistik raket buraxdığını bildirib. Bu, KXDR-in ilin əvvəlindən indiyə kimi səkkizinci raket sınağıdır.


Story Code: 959618

News Link :
https://www.islamtimes.org/az/news/959618/kxdr-ballistik-raket-buraxdığını-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org