0
Wednesday 20 October 2021 - 09:41

Nikola Sarkozi məhkəməyə zorla gətirilə bilər

Story Code : 959621
Nikola Sarkozi məhkəməyə zorla gətirilə bilər
"Report" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Belə ki, məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini sorğu işində şahid qismində dindirməyə çağırıb. Sorğu noyabrın 2-nə təyin edilib. Məhkəmə qərarında deyilir ki, şahid Sarkozi məhkəmə iclasına hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən gətirilməlidir. Bu qərara isə keçmiş prezidentin vəkillərinin sabiq dövlət başçısının iclasda iştirakdan imtina etdiyini söylədikdən sonra gəlinib.

Sarkozi araşdırılan hərəkətlər zamanı toxunulmazlığı olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyindən əmindir.

Məhkəmə prezident administrasiyası üçün rəy sorğularının aparılmasına dair müqavilələr bağlanarkən qaydaların pozulmasını araşdırır. Sarkozidən başqa, keçmiş daxili işlər naziri və Yelisey Sarayının baş katibi də məhkəməyə çağırılıb.