0
Wednesday 20 October 2021 - 11:12

HƏMAS: İşğalçı İsraillə müharibə qaçılmaz olacaq

Story Code : 959642
HƏMAS: İşğalçı İsraillə müharibə qaçılmaz olacaq
Axar.az xəbər verir ki, bunu “Skay Nyus”a müsahibəsində HƏMAS-ın rəsmi nümayəndəsi Qazi Həmad deyib.

“İsrailə qalib gələ, ona sarsıdıcı zərbə endirə bilərik. Onlar bizim torpaqları oğurlayıblar. Biz onların qurbanlarıyıq. Başa düşməlisiniz ki, bizim torpaqlar işğal altındadır. Biz İsrail rejiminə güvənmirik və inanmırıq ki, bu rejim sülhdə maraqlıdır”, – deyə o bildirib.

HƏMAS nümayəndəsi qondarma İsrail "dövlət"ini tanımaqdan imtina etdiklərini söyləyib.