0
Wednesday 20 October 2021 - 16:48

"Hizbullah"a rəqib partiyanın üzvü parlamentə silahla gəldi

Story Code : 959671
"Hizbullah"a rəqib partiyanın üzvü parlamentə silahla gəldi
"Livan Əl-Cədid" şəbəkəsi bildirir ki, Livanın "Əl-Quvatul-Lubnaniyyə" partiyasının "Əl-Cumhuriyyətul-qəviyyə" fraksiyasının üzvü Pierre Bouassi ötən gün Parlamentin iclasına kolt tapançası ilə daxil olub.

Məlumata görə, Livan parlamentinin təhlükəsizlik qüvvələri parlamentin iclasının bitməsinə yaxın Bouassinin belindəki tapançanı görüb və o iclasdan çıxan zaman onu təftiş edib və silahı mühafizəçisinə təhvil verməsini istəyiblər.

Məlumata görə, Bouassinin Parlament binasından çıxma anı, parlamentin spikeri Nəbih Berrinin binanı tərk etmə anı ilə üst-üstə düşüb və Nəbih Berri də bu mövzu barədə məlumatlandırılıb.