QR CodeQR Code

"Hizbullah"a rəqib partiyanın üzvü parlamentə silahla gəldi

إسلام تايمز , 20 Oct 2021 16:48

İslamTimes: Hizbullah Müqavimət Hərəkatının müxaliflərindən olan "Əl-Cumhuriyyətul-qəviyyə" fraksiyasının üzvü Pierre Bouassi ötən gün Parlamentin iclasına kolt tapançası ilə daxil olub.


"Livan Əl-Cədid" şəbəkəsi bildirir ki, Livanın "Əl-Quvatul-Lubnaniyyə" partiyasının "Əl-Cumhuriyyətul-qəviyyə" fraksiyasının üzvü Pierre Bouassi ötən gün Parlamentin iclasına kolt tapançası ilə daxil olub.

Məlumata görə, Livan parlamentinin təhlükəsizlik qüvvələri parlamentin iclasının bitməsinə yaxın Bouassinin belindəki tapançanı görüb və o iclasdan çıxan zaman onu təftiş edib və silahı mühafizəçisinə təhvil verməsini istəyiblər.

Məlumata görə, Bouassinin Parlament binasından çıxma anı, parlamentin spikeri Nəbih Berrinin binanı tərk etmə anı ilə üst-üstə düşüb və Nəbih Berri də bu mövzu barədə məlumatlandırılıb.


Story Code: 959671

News Link :
https://www.islamtimes.org/az/news/959671/hizbullah-a-rəqib-partiyanın-üzvü-parlamentə-silahla-gəldi

Islam Times
  https://www.islamtimes.org