0
Thursday 21 October 2021 - 19:01

"Rusiya Qarabağda atəşkəsin pozulmaması üçün hər şeyi edir”

Story Code : 959862
"Rusiya Qarabağda atəşkəsin pozulmaması üçün hər şeyi edir”
"RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son hadisələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində üçtərəfli görüşü zamanı müzakirə edilib”.

Mariya Zaxarova brifinqdə həmçinin Rusiya şirkətlərinin Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazır olduğunu deyib. "Ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir".

İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən rusiyalı rəsmi Azərbaycanda işgüzar fəaliyyəti genişlətməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.