QR CodeQR Code

Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq

21 Oct 2021 19:47

İslamTimes: Gürcüstan baş naziri İrakli Qaribaşvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin taleyinə toxunub.


Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı Saakaşvilinin əfv olunmayacağını təkrar edib.

“Saakaşvili azı 6 il həbsxanada qalacaq”, - deyə o açıqlama verib.

Saakaşvili prezidentliyi dönəmində Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fiziki zorakılıq tətbiq edilməsi barədə göstəriş vermə ittihamı ilə Tbilisi məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

Ona qarşı daha 2 maddə ilə açılmış cinayət işi icraatdadır.

Mixail Saakaşvili oktyabrın 1-də gizli yolla qayıtdığı Tbilisidə polis tərəfindən saxlanılıb.

 


Story Code: 959865

News Link :
https://www.islamtimes.org/az/news/959865/baş-nazir-saakaşvili-azı-6-il-həbsxanada-qalacaq

Islam Times
  https://www.islamtimes.org