QR CodeQR Code

Əhrar Əş-Şamın terrorçu komandiri İdlibə öldürüldü

21 Oct 2021 20:04

İslamTimes: İdlibin Arihah qəsəbəsini hədəfə alan artilleriya hücumunun əsas hədəfi Əbu İslam Bassams kimi tanınan Əhrar Əş-Şam terror təşkilatının keçmiş baş komandanı olub.


Suriyalı mənbələrə görə, oktyabrın 20-si səhər saatlarında Suriyanın şimal-qərbindəki İdlibin Arihah qəsəbəsini hədəfə alan artilleriya hücumunun əsas hədəfi Əbu İslam Bassams kimi tanınan Əhrar Əş-Şam terror təşkilatının keçmiş baş komandanı olub.

Deyerler.org SouthFront-a istinadən xəbər verir ki, Əbu İslam Bassams Suriya ordusunun artilleriya zərbəsi nəticəsində öldürülüb, oğlu isə ağır yaralanıb.

Əbu İslam Əhrar Əş-Şamdan qaçaraq keçən ilin avqustunda Türkiyənin dəstəklədiyi Cəbhətuş Şam qruplaşmasına qoşulan dörd böyük bölmədən biri olan Əl-Abbas briqadasının komandiri idi.

O, Əhrar Əş-Şamdan ayrıldıqdan sonra Cəbhətuş Şama və ya İdlibin de-fakto hökmdarı Əl-Qaidə ilə əlaqəli Heyət Təhrir Əş-Şama (HTŞ) qoşulmuş ola bilər. Arihanın HTŞ-nin qalası olduğu bilinir. /Deyerler/

 


Story Code: 959866

News Link :
https://www.islamtimes.org/az/news/959866/əhrar-əş-şamın-terrorçu-komandiri-idlibə-öldürüldü

Islam Times
  https://www.islamtimes.org