QR CodeQR Code

Rusiya rəsmisi xəbərdarlıq etdi: “Ukrayna NATO-ya daxil olarsa...”

21 Oct 2021 18:32

İslamTimes: Ukraynanın NATO-ya daxil olması Moskvanı buna reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli bir addım olardı.


Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Biz düşünürük ki, bu, Rusiyanı buna müvafiq reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli addım olardı”, - deyə “RİA-Novosti” Rudenkonun sözlərindən sitat gətirir.

O qeyd edib ki, alyans “istənilən addımın nəticəsinin olacağı”na dair xəbərdar edilib.

“NATO bizim Ukrayna ilə bağlı mövqeyimizi bilir”, – deyə Rudenko fikirlərini yekunlaşdırıb.


Story Code: 959867

News Link :
https://www.islamtimes.org/az/news/959867/rusiya-rəsmisi-xəbərdarlıq-etdi-ukrayna-nato-ya-daxil-olarsa

Islam Times
  https://www.islamtimes.org