0
Thursday 21 October 2021 - 20:24

Əfqanıstanda qadınlar etiraz aksiyası keçirtdi

Story Code : 959868
Əfqanıstanda qadınlar etiraz aksiyası keçirtdi
"France 24"ün yaydığı xəbərə görə, bir neçə saat əvvəl təxminən 20 əfqanıstanlı qadın "Taliban"ın qızların təhsili ilə bağlı siyasətinə etiraz olaraq Təhsil Nazirliyinin yanında nümayiş keçirib. Qadınlar gənc qızların məktəbə getməsinə icazə verilməsini tələb ediblər.
"Taliban" qüvvələri qadınların nümayişlərinə əvvəlki həftələrlə müqayisədə daha çox dözümlülük göstərsələr də çoxlu sayda jurnalistə hücum etdikləri bildirilib. Təxminən 1,5 saat davam edən aksiyaya heç bir müdaxilə olmayıb. /Eastnews/