0
Thursday 21 October 2021 - 18:20

Türkiyədə Mossad casusları yaxalandı

Story Code : 959869
Türkiyədə Mossad casusları yaxalandı
Türkiyə mediası bu gün səhər xəbər verib ki, ölkənin kəşfiyyat xidməti Mossad ilə əlaqəli bir qrupun üzvlərini həbs edib.

“Sabah” qəzeti qruplaşmanın 15 nəfərdən ibarət olduğunu və Türkiyədə casusluq etdiyini yazıb.

Məlumata görə, bir il davam edən bu gizli əməliyyatda Mossad şəbəkəsi Türkiyədə məhv edilib.

Sabah qəzeti əlavə edib ki, qrupun məqsədi Türkiyə vətəndaşları, əcnəbi tələbələr və Türkiyədə yaşayan insanlardan məlumat toplamaq və onlara casusluq etmək olub.

Xəbərə görə, bu adamlar üç qrupa bölünüb və Türkiyə kəşfiyyat xidməti 7 oktyabrda gizli bir əməliyyatda hərəkətləri izlədikdən sonra hamısını həbs edib. Tutulanlar dindirdikdən sonra onların ərəb olduqları və pul qarşılığında Mossad qüvvələrinə məlumat göndərdikləri məlum olub.

Məlumata görə, dindirilmə başa çatdıqdan sonra istintaq daha geniş miqyasda davam etdiriləcək və adıçəkilən şəxslərə qarşı ittiham aktı hazırlanacaq. 15 nəfərdən İsrail rejimi ilə bağlı mühüm sənədlər və məlumatlar müsadirə edilib. Toplanan məlumatlar şifrələmə proqramı vasitəsilə Mossada göndərilib. /Eastnews/