0
Saturday 23 October 2021 - 00:32

Pakistanda GƏRGİN GECƏ: 3 polis əməkdaşı həlak oldu

Story Code : 960048
Pakistanda GƏRGİN GECƏ: 3 polis əməkdaşı həlak oldu
Publika.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti şəhər polisinə istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-də şəhərin müxtəlif yerlərində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Radikal təşkilatın bir neçə min tərəfdarı bir gün əvvəl elan edilən, lakin şəhər polisi tərəfindən razılıq verilməyən hökumət əleyhinə yürüşə qatılmaq üçün Lahordan İslamabada gedib.

Ekstremistlər polisə ağac və daş, həmçinin “Molotov” kokteylləri atmağa başlayıblar. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qaz tətbiq ediblər. Toqquşmalar zamanı üç polis əməkdaşı həlak olub, daha bir neçəsi ağır vəziyyətdə xəstəxanalara aparılıb.

Pəncab əyalətinin baş naziri Usman Buzdar həlak olanların ailələrinə başsağlığı verib və hadisəyə görə məsuliyyət daşıyanlara qarşı sərt tədbirlərin görülməsi barədə tapşırıq verib. ("Report")