QR CodeQR Code

ABŞ müqavilə imzalamaq istəyir: Pakistan hava məkanı...

23 Oct 2021 11:35

İslamTimes: ABŞ Prezident Administrasiyası Cozef Bayden tezliklə Pakistanla bu ölkənin hava məkanının Əfqanıstanda hərbi və kəşfiyyat əməliyyatları üçün istifadəsi haqqında razılaşma imzalamaq istəyir.


Axar.az xəbər verir ki, bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb. Məlumata görə, administrasiya amerikalı konqresmenləri dünən keçirilən qapalı iclasda bu barədə xəbərdar edib.

Televiziya Pakistanın müqavilənin imzalanması üçün bir neçə şərt irəli sürdüyünü bildirib. İslamabadın, xüsusilə, öz hava məkanını ABŞ-ın terrorçularla mübarizədə ona dəstək verəcəyi və Hindistanla münasibətləri normallaşdırmağa kömək edəcəyi təqdirdə Vaşinqtonun üzünə açacağı bildirilib.


Story Code: 960093

News Link :
https://www.islamtimes.org/az/news/960093/abş-müqavilə-imzalamaq-istəyir-pakistan-hava-məkanı

Islam Times
  https://www.islamtimes.org