QR CodeQR Code

Suriya ordusu ABŞ hərbi konvoyunu geri çəkilməyə məcbur etdi

إسلام تايمز , 23 Oct 2021 16:42

İslamTimes: Suriya ordusu Əl-Həsakə-Raqqa-Hələb yolundakı nəzarət-buraxılış məntəqəsidə ABŞ konvoyunun önünü kəsib.


"Sputnik" informasiya agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, cümə günü Suriya silahlı qüvvələri "M-4 yolu" kimi məşhur olan Əl-Həsakə-Raqqa-Hələb yolundakı nəzarət-buraxılış məntəqəsidə ABŞ konvoyunun önünü kəsib.

Mənbələrin bildirdiyinə görə, bu hadisə cümə günü günorta saatlarında Al-Qamışli şəhərinin cənubundakı "Dəmxiyətun Səğirə" məntəqəsində "Əl-Kaziyyə" bölgəsində baş verib.

Suriya ordusu hərbçiləri ABŞ hərbi konvoyunun yolunu kəsdikdən sonra bir iraqlı tərcüməçi vasitəsi ilə amerikalı hərbçilərə xəbərdarlıq edib, onlara Dəməşqin nəzarətindəki bölgələrə girmələrinə icazə verilməyəcəyini anladıb. Bundan sonra ABŞ konvoyu geri çəkilmək məcburiyyətində qalıb.


Story Code: 960153

News Link :
https://www.islamtimes.org/az/news/960153/suriya-ordusu-abş-hərbi-konvoyunu-geri-çəkilməyə-məcbur-etdi

Islam Times
  https://www.islamtimes.org