0
Saturday 23 October 2021 - 17:26

Misir və Suriya prezidentləri görüşə bilər

Story Code : 960159
Misir və Suriya prezidentləri görüşə bilər
"Rai Al-Youm" məlumat verir ki, Suriya və Misir hökumətləri, Suriya prezidenti Bəşar Əsədlə misirli həmkarı Abdel Fəttah Sisi arasında vasitəsiz görüş keçirilməsi üçün müzakirə aparır.

Məlumata görə, bu birbaşa görüş iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı haqqında müzakirə və fikir mübadiləsi üçün təşkil ediləcək.

Mənbələr bildirir ki, çox güman ki, iki ölkə arasında diplomatik nümayəndəliklərin fəaliyyətinin genişləndirilməsi bu görüşün əsas mövzularındandır.

Qeyd edək ki, Suriya kökuməti ilə digər ərəb ölkələri də münasibətləri normallaşdırmaq qərarına gəlib. Amerikanın səylərinə baxmayaraq, əksər ölkələr artıq Bəşar Əsədin Suriyadakı mövqeyinin sarsılmaz olduğunu qəbul edib və rəsmi Dəməşqlə rabitələri bərpa edir.