QR CodeQR Code

Misir və Suriya prezidentləri görüşə bilər

إسلام تايمز , 23 Oct 2021 17:26

İslamTimes: Suriya prezidenti Bəşar Əsədlə misirli həmkarı Abdel Fəttah Sisi arasında vasitəsiz görüş keçirilə bilər


"Rai Al-Youm" məlumat verir ki, Suriya və Misir hökumətləri, Suriya prezidenti Bəşar Əsədlə misirli həmkarı Abdel Fəttah Sisi arasında vasitəsiz görüş keçirilməsi üçün müzakirə aparır.

Məlumata görə, bu birbaşa görüş iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı haqqında müzakirə və fikir mübadiləsi üçün təşkil ediləcək.

Mənbələr bildirir ki, çox güman ki, iki ölkə arasında diplomatik nümayəndəliklərin fəaliyyətinin genişləndirilməsi bu görüşün əsas mövzularındandır.

Qeyd edək ki, Suriya kökuməti ilə digər ərəb ölkələri də münasibətləri normallaşdırmaq qərarına gəlib. Amerikanın səylərinə baxmayaraq, əksər ölkələr artıq Bəşar Əsədin Suriyadakı mövqeyinin sarsılmaz olduğunu qəbul edib və rəsmi Dəməşqlə rabitələri bərpa edir.


Story Code: 960159

News Link :
https://www.islamtimes.org/az/news/960159/misir-və-suriya-prezidentləri-görüşə-bilər

Islam Times
  https://www.islamtimes.org