QR CodeQR Code

SON DƏQİQƏ: Bu ölkədə nazirlər həbs edildi, ordu hərəkətə keçdi

25 Oct 2021 08:49

İslamTimes: Sudanın Xartum ştatında 4 nazir və yüksək vəzifəli məmur həbs edilib.


Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb .

Bildirilib ki, hazırda ordu paytaxtın bütün girişlərini və körpüləri bağlayıb.

Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirlərinin də olduğu qeyd edilir. Xartum qubernatoru və ölkədə hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb. Həbslər davam edir.

Sudanın baş naziri Abdullah Hamduk ordu tərəfindən ev dustağı edilib. Bir müddət əvvəl baş nazirin evi hərbçilər tərəfindən mühasirəyə alınıb.

Əsas müxalifət hərəkatı olan Azadlıq və Dəyişiklik Qüvvələrinin tərəfdarları artıq insanları küçələrə çıxmağa və “hərbçilərin hakimiyyəti qəsb etmək cəhdlərinə” müqavimət göstərməyə çağırıblar.

"Al Arabiya" telekanalının məlumatına görə, Sudanın paytaxtı Xartumda mobil rabitə və internet tamamilə kəsilib.

Yaxın vaxtlarda ölkənin Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burxanın bəyanatı gözlənilir.

Əl-Burxan və baş nazir Abdullah Hamduk arasında görüşdən sonra paytaxtda kütləvi həbslər başlayıb.

Bazar günü Sudan polisi paytaxt Nilin mərkəzi küçəsini bağlamağa çalışan yüzlərlə nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İkinci həftədir ki, Xartumda Silahlı Qüvvələrin baş komandanlığının qərargahı qarşısında oturaq aksiya keçirən, hökumətin istefasını tələb edən ordu tərəfdarları və mülki qüvvələr nümayəndələrinin etiraz aksiyaları keçirilir.

Keçid dövrünün sonunu və ordu tərəfindən hakimiyyətin son transferini davam etdirmək istənilir.

Paytaxt hakimiyyətinin məlumatına görə, iğtişaşlarda devrilmiş prezident Ömər əl-Bəşirin keçmiş hakim partiyasının tərəfdarları iştirak ediblər.


Story Code: 960358

News Link :
https://www.islamtimes.org/az/news/960358/son-dəqiqə-bu-ölkədə-nazirlər-həbs-edildi-ordu-hərəkətə-keçdi

Islam Times
  https://www.islamtimes.org