0
Monday 25 October 2021 - 16:09

Türkiyədə meşəni yandırmaqda şübhəli bilinən 7 rusiyalı turist saxlanılıb

Story Code : 960429
Türkiyədə meşəni yandırmaqda şübhəli bilinən 7 rusiyalı turist saxlanılıb
SalamNews xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Federasiyasının Baş Konsulluğundan məlumat verilib.

"Baş Konsulluq Türkiyə hüquq-mühafizə orqanlarının oktyabrın 23-də Antalya yaxınlığında "Likiya cığırı" ilə gəzintiyə çıxan bir qrup rusiyalı turistin saxlanılması faktını təsdiqləyib. Jandarma idarəsindən verilən məlumata görə, 7 Rusiya vətəndaşı saxlanılıb. Onlar Çağlarca bölgəsində  meşəni yandırmaqda şübhəli bilinir", Rusiya diplomatik missiyasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, həmin gün Baş Konsulluğun əməkdaşı Rusiya vətəndaşlarının həbsinin səbəblərini öyrənmək üçün jandarm məntəqəsinə baş çəkib.