QR CodeQR Code

Bayden: ABŞ-a 100 milyard dollardan çox zərər dəyib

26 Oct 2021 00:33

İslamTimes: Birləşmiş Ştatlar iqlim dəyişikliyindən bu il ərzində dəyən zərərin 100 milyard dollar civarında dəyərləndirir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Nyu-Cersidə çıxışı zamanı deyib.

“Yalnız bu il qlobal istiləşmə bizə 1 trilyon dollardan çox zərər verib. Üzr istəyirəm 100 milyard...”, - deyə Ağ Ev rəhbəri bildirib.

Dövlət başçısı sentyabr ayında Nyu-Cersi ştatında baş verən “İda” qasırğasının fəsadlarını da iqlim dəyişikliyi ilə əlaqələndirib:

“Federal hökumət 30 min ştat sakinin yardımla bağlı müraciətlərini təsdiqləyib və bu çərçivədə 150 milyon dollar ayrılıb. 2010-2020-ci illər ərzində bu ştatda 24 fövqəladə hava şəraiti yaşanıb”.


Story Code: 960480

News Link :
https://www.islamtimes.org/az/news/960480/bayden-abş-a-100-milyard-dollardan-çox-zərər-dəyib

Islam Times
  https://www.islamtimes.org