QR CodeQR Code

İlahiyyatçı Hacı Əhliman Rüstəmov sərbəst buraxıldı

إسلام تايمز , 26 Oct 2021 01:40

İslamTimes: “Hacı Cavad” məscidinin axundu olmuş ilahiyyatçı Əhliman Rüstəmov sərbəst buraxılıb. Bu barədə Rüstəmovun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.


“Hacı Cavad” məscidinin keçmiş axundu, tanınmış ilahiyyatçı Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Oğlu Qasim Rüstəmov KİV-lərə bildirib ki, DTX əməkdaşları atasını evindən götürüblər. Eyni zamanda mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə saxlanmanın səbəbi izah edilməyib.

Son günlər İran-Azərbaycan münasibətlərində gərginlik yaşanmasından sonr hüquq mühafizə orqanları nədənsə öz həmvətənlərimizi sıxışdıraraq, İrandan "acıq çıxmağa" çalışır. Belə ki, Azərbaycanda son günlər ərzində bir neçə tanınmış ilahiyyatçı saxlanılıb. Zindandan ötən il azad olunmuş Sərdar Babayevə saxta ittiham irəli sürülüb. O, dövlətə xəyanət etməkdə ittiham olunur.

Gənclərə daim vətənpərvərliyi təbliğ edən, Qarabağ müharibəsi zamanı cəbhədəki əskərlərimizə müxtəlif vasitələrlə kömək edən ilahiyyatçılarımıza bu gün sanki bir düşmənmiş kimi davranılması ölkə daxilində və xaricdə ciddi etirazlara səbəb olub. Ümid edirik ki, ən qısa zamanda bu davranışlara son qoyulacaq.


Story Code: 960486

News Link :
https://www.islamtimes.org/az/news/960486/ilahiyyatçı-hacı-əhliman-rüstəmov-sərbəst-buraxıldı

Islam Times
  https://www.islamtimes.org