QR CodeQR Code

Nüvə sazişi danışıqları ilə bağlı görüşlərə start verilir

26 Oct 2021 09:50

İslamTimes: İranla 4+1 dövlətləri arasında nüvə sazişinin bərpa edilməsi istiqamətində danışıqlar üçün görüşlərə start verilib.


SalamNews xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Baqiri-Kəni rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, cari həftənin üçüncü günü Brüsseldə Avropa İttifaqının nüvə sazişi ilə bağlı komissiyasının koordinatoru Enrike Mora ilə görüşəcək.

İran rəsmisi əlavə edib ki, ölkəsi yalnız məhsuldar və nəticə verə biləcək danışıqlara gedəcək.

Qeyd edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar altı tur keçirilib. Lakin İran seçkilərinə görə bu danışıqlar dayanıb. Xatırladaq ki, ABŞ 2018-ci ildə bu sazişdən birtərəfli şəkildə çıxaraq İrana qarşı sərt sanksiyalara başlayıb. Nüvə sazişində qalan dövlətlər sanksiyalar, maliyyə köçürmələri və neftin satışı ilə bağlı İranın tələblərini yerinə yetirmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini azaldıb. Ötən və cari ildə İranın nüvə obyektlərində törədilən təxribatlardan və nüvə aliminin terrora məruz qalmasından sonra İran uranın zənginləşdirilməsini 60 faizə çatdırıb, bəzi obyektlərində olan kameraların çəkilişini dayandırıb və ya Beynəlxalq Atom Enerjisi Agentliyinin bu görüntüləri əldə etmələrini məhdudlaşdırıb.


Story Code: 960516

News Link :
https://www.islamtimes.org/az/news/960516/nüvə-sazişi-danışıqları-ilə-bağlı-görüşlərə-start-verilir

Islam Times
  https://www.islamtimes.org