QR CodeQR Code

Səudiyyə muzdluları Yəmənin Əl-Mohra şəhərini tərk etdi

إسلام تايمز , 26 Oct 2021 21:25

İslamTimes: Yəmən mənbələri Səudiyyəyə bağlı muzdluların Yəmənin Əl-Mohrə şəhərini tərk etdiyini bildirib.


“Əl-Bəvabə əl-Əxbariyyə əl-Yəməniyyə” xəbər saytı yerli mənbələrə istinadən bildirib ki, Səudiyyə rejimindən göstəriş  alan muzdlular Omanla sərhəddə yerləşən Sərfit sərhəd-keçid məntəqəsindəki zirehli texnikalarını və çox sayda hərbçisini geri çəkib.

Bu mənbələrin məlumatına görə, işğalçı qüvvələr bir neçə il idi ki, adı çəkilən keçidi zəbt edərək, nəzarətə götürmüşdülər. Amma bu gün onlar bu məkanı boşaldaraq, Əl-Ğeizə hava limanına istiqamət alıblar. Bu hava limanı Səudiyyə, BƏƏ, Amerika və Britaniya muzdlularının məkanı hesab edilir.

Sərfit sərhəd-keçid məntəqəsi Səudiyyə ünsürlərinin Əl-Mohra şəhərində tədricən geri çəkilərək tərk etdiyi on bazadan biridir.


Story Code: 960593

News Link :
https://www.islamtimes.org/az/news/960593/səudiyyə-muzdluları-yəmənin-əl-mohra-şəhərini-tərk-etdi

Islam Times
  https://www.islamtimes.org