0
Tuesday 26 October 2021 - 21:25

Səudiyyə muzdluları Yəmənin Əl-Mohra şəhərini tərk etdi

Story Code : 960593
Səudiyyə muzdluları Yəmənin Əl-Mohra şəhərini tərk etdi
“Əl-Bəvabə əl-Əxbariyyə əl-Yəməniyyə” xəbər saytı yerli mənbələrə istinadən bildirib ki, Səudiyyə rejimindən göstəriş  alan muzdlular Omanla sərhəddə yerləşən Sərfit sərhəd-keçid məntəqəsindəki zirehli texnikalarını və çox sayda hərbçisini geri çəkib.

Bu mənbələrin məlumatına görə, işğalçı qüvvələr bir neçə il idi ki, adı çəkilən keçidi zəbt edərək, nəzarətə götürmüşdülər. Amma bu gün onlar bu məkanı boşaldaraq, Əl-Ğeizə hava limanına istiqamət alıblar. Bu hava limanı Səudiyyə, BƏƏ, Amerika və Britaniya muzdlularının məkanı hesab edilir.

Sərfit sərhəd-keçid məntəqəsi Səudiyyə ünsürlərinin Əl-Mohra şəhərində tədricən geri çəkilərək tərk etdiyi on bazadan biridir.