QR CodeQR Code

İran və Səudiyyə arasında barışıq bütün regiona müsbət təsir edəcək

إسلام تايمز , 26 Oct 2021 21:54

İslamTimes: Avstriyanın sabiq xarici işlər naziri hesab edir ki, Tehran və Ər-Riyad arasında mümkün barışıq bütün region üçün müsbət dəyişikliklərə səbəb olacaq


Avstriyanın sabiq xarici işlər naziri hesab edir ki, Tehran və Ər-Riyad arasında ehtimal edilən barışıq məntəqədə yaşanan hadisələrdə ciddi dəyişikliklərə səbəb olacaq.

Bu barədə “Russia Today” şəbəkəsi məlumat yayıb.

Avstriyanın sabiq xarici işlər naziri Karin Nissel belə hesab edir ki, Səudiyyə Ərəbistanı ilə İran arasında istər Livanda, istərsə də Yəməndə "dolayı" yolla aparılan müharibə, bu iki rəqib arasında mümkün barışıq fonunda başa çata bilər. Bu isə bütün region üçün geniş, müsbət dəyişikliklərə səbəb olacaq.

Regiona gələcək sülh Yaxın Şərq üzrə bir neçə xüsusi nümayəndəsi olan Birləşmiş Millətlər Təşkilatı, ABŞ və ya Avropa Birliyinin sayəsində yox, məhz söz sahibi olan məntəqə dövlətlərinin Bağdadda baş tutan son görüşü nəticəsində əldə ediləcək.


Story Code: 960595

News Link :
https://www.islamtimes.org/az/news/960595/iran-və-səudiyyə-arasında-barışıq-bütün-regiona-müsbət-təsir-edəcək

Islam Times
  https://www.islamtimes.org