QR CodeQR Code

Sarkisyan Səudiyyə Ərəbistanına getdi

27 Oct 2021 11:23

İslamTimes: Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib.


Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Sarkisyanı Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb. Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.


Story Code: 960662

News Link :
https://www.islamtimes.org/az/news/960662/sarkisyan-səudiyyə-ərəbistanına-getdi

Islam Times
  https://www.islamtimes.org