0
Wednesday 27 October 2021 - 10:35

İlk dəfə olaraq işğalçı İsraildən Səudiyyə Ərəbistanına birbaşa reys həyata keçirilib

Story Code : 960665
İlk dəfə olaraq işğalçı İsraildən Səudiyyə Ərəbistanına birbaşa reys həyata keçirilib
SalamNews bu barədə İsrail mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, Səudiyyə Ərəbistanın işğalçı İsrailin təyyarələrinə öz hava məkanından keçməsinə icazə verməsindən sonra daha bir ilkə imza atılıb.

Əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərinin RoyalJet hava yolla şirkətinə məxsus sərnişin təyyarəsi ötən gün sionist rejimin Bin-Qoriun hava limanından Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində Məlik-Xalid hava limanına uçub.