0
Wednesday 27 October 2021 - 13:53

Lavrov Əfqanıstanın qonşularını NATO-nu öz ərazilərinə buraxmamağa çağırıb

Story Code : 960678
Lavrov Əfqanıstanın qonşularını NATO-nu öz ərazilərinə buraxmamağa çağırıb
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstana qonşu ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən iclasında çıxışı zamanı deyib.

Rusiya XİN rəhbəri xatırladıb ki, ABŞ və NATO Əfqanıstandan çıxdıqdan öz qüvvələrini qonşu ölkələrin ərazisində yerləşdirməyi planlaşdırır.

S. Lavrov Əfqanıstana qonşu ölkələrə öz ərazilərində ABŞ və NATO-nun hərbi mövcudluğunun qarşısını almağa dair çağırış edib.