QR CodeQR Code

ABŞ-da Türkiyənin F-16 almasına qarşı oyun başladı

27 Oct 2021 13:00

İslamTimes: Hər iki partiyadan olan konqresmenlər qrupu Prezident Co Bayden administrasiyasını Türkiyəyə F-16 qırıcılarını satmamağa çağırıb və Konqresin belə bir razılaşma əldə etmək cəhdinin qarşısını alacağını bildirib.


Axar.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

11 konqresmen Co Bayden və Dövlət katibi Entoni Blinkenə yazdıqları məktubda Türkiyənin ABŞ-dan 40 yeni F-16 qırıcısı və 80 ədəd modernizasiya dəsti ala biləcəyi ilə bağlı son xəbərlərdən dərin narahatlıqlarını ifadə ediblər.

“Ərdoğanın sentyabrda Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının alınacağını elan etməsindən sonra bizə düşmən kimi davranan alyansdakı müttəfiqimizə Amerika istehsalı təyyarələr göndərməklə milli təhlükəsizliyimizi təhdid altında qoya bilmərik”, - müraciətdə qeyd olunub.

Ağ Ev və Dövlət Departamenti məsələ ilə bağlı “Röyters”in sorğusunu cavablandırmayıb.

Qeyd edək ki, Türkiyə F-35 layihəsinə 1,4 milyard xərcləyib və bu qırıcının 1005 ədəd hissəsinin istehsalını həyata keçirib. Ankara Rusiyadan S-400 alandan sonra isə ABŞ Türkiyəni F-35 layihəsindən çıxardığını açıqladı. Türkiyə 1,4 milyard dollar vəsaitinin əvəzində F-16-ların təslim edilməsinə razı olduğunu bildirdikdən sonra isə indi bu qırıcıların da verilməsinə problemlər yaradılır.


Story Code: 960680

News Link :
https://www.islamtimes.org/az/news/960680/abş-da-türkiyənin-f-16-almasına-qarşı-oyun-başladı

Islam Times
  https://www.islamtimes.org