0
Wednesday 27 October 2021 - 16:22

İran: Baqiri və Mura arasında görüşdə sanksiyaların ləğvi müzakirə olunub

Story Code : 960709
İran: Baqiri və Mura arasında görüşdə sanksiyaların ləğvi müzakirə olunub
İranın Avropa İttifaqındakı nümayəndə heyəti Twitter mesajında bildirib:
"İran İslam Respublikası xarici işlər nazirinin müavini Əli Baqiri ilə Avropa İttifaqı Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini Enrike Mora və Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrelin müavini arasında görüş keçirildi.

İranla nüvə danışıqlarında iştriak etmiş bütün üzvlərin HBFP nüvə sazişinə tam və praktiki şəkildə əməl etməsinin vacibliyi, eyni zamanda İrana qarşı bütün qeyri-qanuni sanksiyaların ləğvi edilməli olduğu bu gün səhər Brüsseldə başlayan İran və Avropa İttifaqı arasında danışıqların əsas mövzusudur.”

İranın nümayəndə heyəti rəsmi Tehranın nüvə danışıqlarında iştirak etmiş bütün tərəflərlə danışıqlara hazır olması barədə yazıb:
“İran etibar olunacaq bütün tərəflərlə danışıqlara hazırdır və problemlərin müzakirə masasında həll edilməsinə hazırdır”.