0
Wednesday 27 October 2021 - 21:13

Məhkəmə ilahiyyatçı Sərdar Babayevə qarşı təxribata son vermədi

Story Code : 960738
Məhkəmə ilahiyyatçı Sərdar Babayevə qarşı təxribata son vermədi
Xalq tərəfindən sevilən din xadimi, ilahiyyatçı Sərdar Babayevin vəkili Cavad Cavadov bildirib ki, ötən ilin əvvəlində 3 il həbsdən sonra zindandan azad olan və bir neçə gün öncə "dövlətə xəyanət" ittihamı ilə yenidən "qurban" seçilən Sərdar Babayevin apelyasiya şikayəti təmin edilməyib.

Səbail rayon Məhkəməsində Sərdar Babayev barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra, ilahiyyatçı bildirib ki, ona qarşı təxribat İran-Azərbaycan münasibətlərində yaranan gərginlik səbəbindən törədilib və o günahsızdır. Artıq ikinci dəfədir dövlətin hədəfinə çevrilən mübarizə ruhani bu zülm səbəbindən ifadə belə verməyəcəyini bildirib.