QR CodeQR Code

Ermənistan prezidenti Səudiyyə və BƏƏ vəliəhdləri ilə görüşdən yazdı

إسلام تايمز , 28 Oct 2021 17:26

İslamTimes: Ermənistan prezidenti Səudiyyə Ərəbistanına "tarixi" səfərinə işarə ilə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı Məhəmməd Bin Salmanla müzakirə apardığını bildirib


Ermənistan prezidenti Armen Sarkisyan öz Tvitter hesabında Səudiyyə Ərəbistanına ilk səfəri çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündən yazıb.

Son dönəmlərdə Azərbaycan və Türkiyə ilə gərginliklər yaşayan Ermənistanın, Türkiyə ilə bir sıra problemlər yaşayan Səudiyyə Ərəbistanına səfər zamanı təmtəraqla qarşılanması dünya mətbuatında geniş müzakirə olunub.

Bundan əlavə BƏƏ-nin rəsmi xəbər agentliyi (Wam) Ermənistan prezidentinin Birləşmiş Ərəb Əmirliyi vəliəhdi Məhəmməd bin Zayedlə də görüşdüyünü bildirib.

BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.


Story Code: 960879

News Link :
https://www.islamtimes.org/az/news/960879/ermənistan-prezidenti-səudiyyə-və-bəə-vəliəhdləri-ilə-görüşdən-yazdı

Islam Times
  https://www.islamtimes.org