0
Thursday 28 October 2021 - 20:31

Yəmənin raket və PUA-ları Ər-Riyadı "əl-ayağa" saldı

Story Code : 960909
Yəmənin raket və PUA-ları Ər-Riyadı "əl-ayağa" saldı
“Reuters” informasiya agentliyi üç məlumatlı mənbəyə istinadən yazıb: "Yəmən limanlarının mühasirəsinə son qoymaqla bağlı ABŞ-ın ciddi təzyiqləri ilə üzləşən Səudiyyə Ərəbistanı Vaşinqtondan müdafiə gücünü atırmaq üçün yardım istəyib.”.

Səudiyyə rejimi Yəmən qüvvələrinin PUA-lar və ballistik raketlərlə Ərəbistan ərazisinə hücumundan sonra öz müdafiə sistemlərini gücləndirmək üçün ABŞ silahları almaq fikrinə düşüb.

Mənbələr bildirib ki, ABŞ-ın Səudiyyə Ərəbistanını bir müttəfiq kimi qorumaqla bağlı öhdəliyi olduğundan, Co Bayden qeyri-hərbi yardımlarla Səudiyyə Ərəbistanını qorumaq yolları ilə barəsində Ərəbistanla müzakirələr aparır.