0
Thursday 28 October 2021 - 20:41

Çavuşoğlu ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla hədələdi

Story Code : 960913
Çavuşoğlu ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla hədələdi
Sputnik xəbər agentliyinin məlumatına görə, Çavuşoغlu “CNN Türk”ə müsahibəsində deyib:

"Əgər ABŞ F-35 qırıcıları ilə bağlı məsələni həll etmək istəməsə və ya Konqres buna mane olmaq istəsə, Türkiyə digər variantları, o cümlədən Rusiyada Su-35 və ya Su-57 qırıcıları alınmasını nəzərdən keçirəcək”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da ötən ayın sonunda Nigeriyadan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, Türkiyə qırıcılar üçün ABŞ-a ödədiyi 1,4 milyard dolları istənilən yolla alacaq.