QR CodeQR Code

Daha iki dövlət məzlum Yəmən xalqına dəstək çıxan səfirləri XİN-ə çağırdı

30 Oct 2021 11:31

İslamTimes: Səudiyyə Ərəbistanı və Bəhreyndən sonra Birləşmiş Ərəb Əmirlikləri və Küveyt də Livanın səfirini Yəmən müharibəsini tənqid etdiyinə görə XİN-ə çağırıblar.


SalamNews xəbər verir ki, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri Livanın bu ölkələrdə olan səfirlərini XİN-ə çağıraraq etirazını bildiriblər.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı və Bəhreyn də Livanda olan səfirlərini geri çağırıblar, eləcə də Livanın səfirlərindən krallıqların ərazisini iki günə tərk etməsini tələb ediblər.

Xatırladaq ki, bu gərginlik Livanın Media məsələləri üzrə naziri Corc Qardahinin Səudiyyə Ərəbistanı koalisiyasının Yəmən siyasətini tənqid etməsindən sonra baş verib. C.Qardahi burada bildirib ki, Yəmən intensiv şəkildə bombalanır, husilər özlərini müdafiə edir və Yəmən müharibəsi əbəs yerə aparılır.


Story Code: 961151

News Link :
https://www.islamtimes.org/az/news/961151/daha-iki-dövlət-məzlum-yəmən-xalqına-dəstək-çıxan-səfirləri-xin-ə-çağırdı

Islam Times
  https://www.islamtimes.org