0
Sunday 31 October 2021 - 21:17

Fələstinli əsirlər sionist rejimi 2.5 milyon dollar zərər saldı

Story Code : 961361
Fələstinli əsirlər sionist rejimi 2.5 milyon dollar zərər saldı
Sama xəbər agentliyi sionist rejimin Maariv xəbər saytına istinadla bildirib ki, sionist rejim bu məqsədlə 8 milyon “şekel” (1 şekel=0.32 dollar) dəyərində layihə hazırlayıb.

Layihə gələcəkdə məhbusların qaçmasının qarşısını almaq üçün həbsxana barmaqlıqlarının gücləndirilməsini və həbsxanalara dəstək qüvvələrinin artırılmasını ehtiva edir.

"Maariv" qəzetinin yazdığına əsasən, yaxın günlərdə sionist rejim həbsxanaları üçün mühəndislərin planları hazır olacaq və bundan sonra təmir işləri başlayacaq.

Qeyd edək ki, bir müddət öncə 6 fələstinli məhbusun Gilboa həbsxanasından qaçması sionist rejimdə böyük qalmaqala səbəb olmuş və bu rejimin bütün dünyada gülünc duruma düşməsinə səbəb olmuşdu.

Fələstinli Əsirlər və Azadlıq Komitəsinin məlumatına görə, hazırda sionist rejim zindanlarında 225-i uşaq və 41-i qadın olmaqla 4850 fələstinli var.