0
Monday 1 November 2021 - 02:16

Ərdoğan Romada "3+3" formatından DANIŞDI

Story Code : 961396
Ərdoğan Romada "3+3" formatından DANIŞDI
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər Zirvə Toplantısından sonra Nuvola Konqres Mərkəzində təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqlar aparıb və sülh təklifi irəli sürüb.

“Gürcüstanda mənfi münasibət var. Əgər bütün ölkələr müsbət yanaşarsa, bu platforma yaradıla bilər. Belə getsə, bu bölgə sülh hövzəsinə çevriləcək”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini vurğulayıb.