QR CodeQR Code

İran XİN sözçüsü Səudiyyə Ərəbistanı ilə ilkin razılaşmalardan söz açıb

1 Nov 2021 11:10

İslamTimes: “İlkin razılaşmalar qarşılıqlı şəkildə araşdırılır. Səudiyyə Ərəbistanı ilə danışıqlar dörd tur keçirilib və təmaslar hələ də davam edir. Səfirliklərin açılması bu tezliklə görünmür, lakin bu istiqamətdə proses tezliklə başlayacaq.”


SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Səid Xətibzadə deyib.

İran XİN sözçüsü Səudiyyə Ərəbistanı ilə rəsmi Tehran arasında Bağdadda aparılan danışıqların vəziyyətinə aydınlıq gətirib və bildirib ki, bu müzakirələr artıq dörd tur keçirilib və hələ də davam edir.

Onun sözlərinə görə, “ilkin razılıqlar (araşdırılma məqsədilə) qarşılıqlı şəkildə bir-birinə verilib və bu anlaşmaların yekunlaşması gözlənilir.”

İran XİN sözçüsü eyni zamanda bildirib ki, səfirliklərin qarşılıqlı şəkildə açılmasına hələ var.

Qeyd edək ki, iki ölkə 2015-ci ildən diplomatik əlaqələrini dayandırıblar.


Story Code: 961446

News Link :
https://www.islamtimes.org/az/news/961446/iran-xin-sözçüsü-səudiyyə-ərəbistanı-ilə-ilkin-razılaşmalardan-söz-açıb

Islam Times
  https://www.islamtimes.org