QR CodeQR Code

PUA-ların qarşısını almağın yolunu tapdıq - Putin

2 Nov 2021 23:12

İslamTimes: Rusiya son illər konfliktlərdə özünü effektiv və təhlükəli silah kimi göstərən PUA-ların hücumunun qarşısını almağı öyrənə bilib.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin müdafiə sahəsindəki iclasda deyib.

Putin bildirib ki, bu gün PUA aviasiyasının inkişafı müzakirə mövzusudur:

“Biz artıq yaxşı bilirik ki, son illər münaqişə bolgələrində PUA bizim üçün nə qədər effektiv və nə qədər təhlükəlidir. Biz bunu Suriyada – terrorçuların PUA-nın yardımı ilə hücumlarında müşahidə etdik. Biz bu hücumların qarşısını almağı öyrəndik və bunu kifayət qədər effektiv edirik”.

O, həmçinin qeyd edib ki, Rusiya ordusunun arsenalında hazırda 2 mindən çox PUA var.


Story Code: 961720

News Link :
https://www.islamtimes.org/az/news/961720/pua-ların-qarşısını-almağın-yolunu-tapdıq-putin

Islam Times
  https://www.islamtimes.org