0
Thursday 4 November 2021 - 18:30

Tel-Əvivdən aclıq aksiyası keçirən məhbus qarşısında geri addım

Story Code : 962043
Tel-Əvivdən aclıq aksiyası keçirən məhbus qarşısında geri addım
Fələstinli Əsirlərin İşləri üzrə Komitə bu gün elan edib ki, sionist rejim fələstinli məhbus Kayed Fasousun müvəqqəti saxlanma hökmünü ləğv edib.

"Əl-Əqsanın Səsi" saytının verdiyi məlumata görə, 113 gündür aclıq aksiyası keçirən Kayed Fasous hazırda sionist rejimin “Barzlai” xəstəxanasındadır və vəziyyəti ağırdır.

Məhbusların İşləri üzrə Komitə bəyan edib ki, bu hökm əslində Kayed Fasousun həbsinin ləğvi deyil, sionist rejim həbsxanası rəhbərliyinin məsuliyyətdən boyun qaçırmasıdır.

Bu günlərdə İslami Cihad Hərəkatının liderlərindən olan Məhəmməd Şələh fələstinli məhbusların həyatları üçün yaranmış  təlükə ilə bağlı sionist rejimə xəbərdarlıq edib.