QR CodeQR Code

Putin və Bayden arasında dialoq: “Trampla belə bir səviyyədə...”

6 Nov 2021 14:30

İslamTimes: “Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Co Baydenin görüşündən sonra ölkələr strateji sabitliyə dair konstruktiv dialoq aparmağa başlayıblar”.


Teleqraf.com xəbər verir ki, bunu BMT Baş Assambleyasındakı Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Andrey Belousov deyib.

Belousov iddia edib ki, Donald Tramp administrasiyası dövründə Rusiya və ABŞ arasında belə səviyyədə dialoq olmayıb: "Görüşlər keçirilib, amma onlar substantiv müzakirələrə nail olmayıblar".

Diplomatın sözlərinə görə, prezidentlərin görüşündən sonra məzmunlu, konstruktiv fikir mübadiləsi başlayıb.

Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iyunun 16-da Cenevrədə baş tutub.


Story Code: 962317

News Link :
https://www.islamtimes.org/az/news/962317/putin-və-bayden-arasında-dialoq-trampla-belə-bir-səviyyədə

Islam Times
  https://www.islamtimes.org