QR CodeQR Code

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

6 Nov 2021 16:33

İslamTimes: Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.


SalamNews-un məlumatına görə, bu barədə C. Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.


Story Code: 962324

News Link :
https://www.islamtimes.org/az/news/962324/azərbaycan-və-iran-xarici-işlər-nazirləri-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.org