0
Saturday 6 November 2021 - 18:53

Rusiya və Suriya hərbi təyyarələri İdlibə hava zərbələri endirib

Story Code : 962351
Rusiya və Suriya hərbi təyyarələri İdlibə hava zərbələri endirib
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu gün İdlibin Cisr-Şuğur rayonunun bir neçə kəndində silahlı birləşmələrə hava zərbələri endirilib.

Suriya və Rusiya hərbi təyyarələri tərəfindən endirilən hava zərbələri əsasən Mişmişan adlı kənddə “əl-Hizb əl-İslami ət-Türkistanı” qruplaşmasını hədəfə alıb.

Qeyd edək ki, bölgədə atəşkəs 2019-cu ildə Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilib. Son zamanlarda İdlibdə Əl-Qaidənin sabiq Suriya qanadı olmuş “Heyət Təhrir-Şam” (sabiq adı Cəbhət ən-Nusra) Rusiya və Suriya hərbi təyyarələri tərəfindən vaxtaşırı hədəfə alınır.