0
Sunday 7 November 2021 - 00:33

İran XİN başçısı Azərbaycanla dostluq əlaqələri haqda danışdı

Story Code : 962397
İran XİN başçısı Azərbaycanla dostluq əlaqələri haqda danışdı
Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbəti barədə danışarkən deyib.

“Hazırda ikitərəfli əməkdaşlığı daha da genişləndirmək üçün irəliləyə bilərik”, - Abdullahian söyləyib.

O, Qafqazdakı problemlərin həlli üçün 3+3 danışıqlar formatı da daxil olmaqla, regional əməkdaşlıq üzrə danışıqları qətiyyətlə dəstəklədiklərini və İranın regiondakı problemlərin regiondaxili danışıqlar yolu ilə həll oluna biləcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Ceyhun Bayramov bu danışıqla bağlı deyib: "Ona (Hüseyn Əmir Abdullahiana) möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.